20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
SPECA həftəsi çərçivəsində 20 noyabr tarixində Ticarət və Gender və DİM-lər üzrə İşçi qruplarının iclasları, 21-22 noyabr tarixlərində İqtisadi Forum, 23 noyabrda isə SPECA Rəhbər Şurasının 18-ci sessiyası və 24 noyabr tarixində SPECA Sammiti baş tutacaq.
“SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında SPECA 2023 İqtisadi Forumunun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir.
Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində yaşıl enerji bağlılığı mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetiriləcək.
SPECA Rəhbər Şurasının 18-ci sessiyasında İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılacaq.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır.
Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.*
B.Rüstəmbəyov
AZPROMO-nun rəhbəri: Azərbaycan 3-4 il ərzində şərab ixracını $25 milyonadək artıra bilər
Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektar təşkil edir
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Mirzoyan regional məsələlərdə İrəvan və Moskvanın oxşar və ya kəsişən maraqları barədə məlumat verib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası