Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Cozef Borrel Fələstin probleminin yeganə həllini İsrail və Fələstin dövlətlərinin birgə yaşayışında görür, lakin hesab edir ki, bunun üçün heç nə edilməyib.
“Biz humanitar mərhələni siyasi mərhələyə (Yaxın Şərq münaqişəsinin həlli - İF) doğru ilk addım etməliyik. Və burada “iki dövlət” yolu ilə həll yeganə çıxış yoludur. Biz 30 ildən artıqdır ki, “iki dövlət” vasitəsilə həll barədə bəyan edirik, ancaq bunun mümkün olması üçün lazımi heç nə etmirik”, - deyə Aİ diplomatiyasının rəhbəri bu gün Dohada Qətərin baş naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Al Tani ilə birgə mətbuat konfransında bildirib.
Borrel hesab edir ki, bəyannamələrdən konkret hərəkətlərə keçmək üçün addım və prinsipləri müəyyənləşdirmək lazımdır.
“Mən “iki dövlət” yolu ilə həllə çağırdığımı deyəndə çox yaxşı dərk edirəm ki, bu, təkcə böyük iqtisadi investisiyalar və dəstək deyil, həm də siyasi investisiyalar tələb edəcək”, - deyə Borrel vurğulayıb.
Onun fikrincə, İsrail və HƏMAS Qəzzada qalmamalıdır.
“Yalnız Fələstin administrasiyası nəzarəti ciddi şəkildə ələ ala və əhaliyə xidmət göstərə bilər. (...) Beləliklə, düşünürəm ki, Fələstin administrasiyası Qəzzaya qayıtmalıdır. Qəzza məsələsinin həlli Fələstin məsələsinin ümumi həllinin bir hissəsi olmalıdır”, - deyə o bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət