Budapeştdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.
Energetika Nazirliyi məlumat verir ki, görüşdə dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə “CESI” məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlər nəzərdən keçirilib.
İclasda dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin keçirilməsi müsbət qiymətləndirilib və prosesin tamamlanmasından sonra texniki-iqtisadi əsaslandırmaya dərhal başlamaq niyyəti ifadə olunub.
Birgə Müəssisənin tezliklə yaradılmasının vacibliyi vurğulanaraq bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə dörd ölkənin ötürücü sistem operatorlarının dekabrda Bakıda görüşünün keçirilməsi, həmçinin Bolqarıstanın layihəyə qoşulması ilə bağlı proseslərə başlanması barədə razılıq əldə olunub.
Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropa ilə “yaşıl enerji” mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.
Həmçinin, görüş çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.
İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın 2024-cü ildə Gürcüstandakeçirilməsinə qərar verilib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət