Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərin əməkdaşlığına təlan verəcək. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov belə hesab edir.
Cabbarov SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışında bəyan edib ki, Azərbaycan bə məsələdə yalnız tranzit rolunu deyil, həm də dəhlizin inkişafı üçün addımlar ataraq proseslərin katalizatoru rolunu oynayır.
Nazir Azərbaycanın SPECA iştirakçı dövlətləri, xüsusilə Özbəkistan və Qırğızıstanla ilə qarşılıqlı əlaqələrə diqqət çəkərək əlavə edib ki, bu ölkələr Azərbaycanda Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər.
O xatırladıb ki, son 20 il ərzində Azərbaycanda ÜDM-in 4 dəfə, büdcə gəlirləri - 30 dəfədən çox, xarici ticarət dövriyyəsi - 10 dəfədən çox artıb.
“Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10%-i civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir. Ölkə iqtisadiyyatına investisiyaların ümumi həcmi $300 milyardı ötüb, bunun $190 milyardı - qeyri-enerji sektoruna qoyulub”, - Cabbarov deyib..
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2022-ci ilin göstəricisi ilə müqayisədə 17,6% - 2 milyon tonadək arta bilər. 2025-ci ilədək marşrutun ötürmə qabiliyyətinin illik 10 milyon tona çatacağı gözlənilir. **
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət