Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistanın ticarət və iqtisadi inkişaf naziri Zavqi Zavqizoda Bakıda keçirilən görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Görüş zamanı iki ölkə prezidentlərinin tapşırıqlarını və sərəncamlarını yerinə yetirmək məqsədilə tərəflər sənaye kooperasiyası sahəsində konkret investisiya layihələrini, o cümlədən “Danqara” AİZ ərazisində neft emalı zavodunun işə salınması, Tacikistanda SES-lərin yaradılması layihələrini həyata keçirmək, «Tacikistan Alüminium Şirkəti» ASC-nin istehsal gücünün artırılması, aqrosənaye klasterlərinin yaradılması, Tacikistandan Azərbaycana ilkin alüminium, kriolit və alüminium ftorid tədarükü, “Tacikistan Alüminium Zavodu”nun ehtiyacı üçün Azərbaycandan Tacikistana giltorpağın tədarükü və dəmir yolu ilə nəql üçün endirimlərə dair razılığa gəliblər”, - Tacikistan Ticarət və İqtisadi İnkişaf Nazirliyi məlumat verir.
Bu məqsədlə daim fəaliyyət göstərən ikitərəfli işçi qrupu yaradılıb, hansı ki yuxarıda qeyd olunan layihələrin həyata keçirilməsi üçün konkret addımlar üzərində işləyəcək.
Görüşdə qeyd olunub ki, cari ilin 10 ayı ərzində iki ölkə arasında xarici ticarət dövriyyəsi 1,5 dəfə artıb və bu göstəricinin həcmi 2022-ci ilin göstəricisindən çoxdur.
«Görüşün sonunda tərəflər ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını bildiriblər», - məlumatda vurğulanır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət