Dünya Bankı (DB) Orta Dəhlizin (Middle Corridor) səmərəliliyini təmin etmək üçün 5 əsas problemi qeyd edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, DB-nin dəhlizin fəaliyyətinə həsr olunmuş hesabatına əsasən, bu problemlər aparılmış xüsusi sorğu əsasında müəyyən edilib.
Birinci və bəlkə də ən vacib problem idarəetmədə əlaqələndirmənin olmaması ilə bağlıdır. DB-nin qiymətləndirmələrinə görə, vahid operatorun olmaması itkilərə və dəhlizin çox bahalı olmasına səbəb olur. DB hesab edir ki, bu yaxınlarda imzalanmış vahid operatorun yaradılmasına dair sazişin (Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında – İF) düzgün şəkildə həyata keçirilməsi sözügedən problemi həll etməklə vaxt sərfinin azaldılmasına və yükgöndərənlərin etimadının artmasına töhfə verəcək.
İkinci problem Xəzər və Qara dəniz limanlarının istismar səmərəliliyinin, eləcə də Xəzər dənizində gəmiçilik xidmətlərinin aşağı səviyyədə olması ilə bağlıdır. “Hələlik limanların nominal gücündən tam istifadə olunmur. Bundan başqa, Xəzərdə daşımalar üçün gəmi çatışmazlığı var, mövcud olan gəmilər isə aşağı sürətlə işləyir. Daşınma tarifləri də belə məsafələr üçün gözləniləndən xeyli yüksəkdir”, - deyə DB qeyd edir.
Üçüncü çatışmazlıq limanlarda yükləmə/boşaltma prosedurlarında gecikmələri ehtiva edən dəmir yolu əməliyyatları problemlərini əhatə edir ki, bu da xərclərin artmasına və yükdaşımalarda ləngimələrə səbəb olur.
Dördüncü problem sərhəd keçidlərində gecikmələrlə bağlıdır.
Beşinci problem ölkələrin informasiya sistemləri arasında inteqrasiyanın olmaması ilə bağlıdır. Bu, sənədlərin təkrarlanmasına, standartlaşdırılmış məlumat tələblərinin olmamasına səbəb olur. “Dəhlizin cəlbediciliyini artırmaq üçün ortamüddətli investisiyalarla rəqəmsallaşdırılma lazımdır. Dəhliz qarşıdakı 10 il ərzində ölkələr tərəfindən müəyyənləşdirilmiş və razılaşdırılmış böyük investisiyalar tələb edəcək. Eyni zamanda, koordinasiya, logistika və rəqəmsallaşmanın genişləndirilməsi hesabına da təkmilləşdirilməyə nail olmaq olar”, - deyə DB-də hesab edirlər.
Sorğunun nəticələrinə görə, 2022-ci ildə dəhlizlə yükdaşımalar orta hesabla 53 gün çəkib ki, bu da alternativ şimal marşrutları ilə müqayisədə 2 dəfə çoxdur.
DB-nin məlumatına görə, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Xəzər dənizi vasitəsilə yükdaşımalar çox cəlbedici olub. Nəticədə 2022-ci ilin mart-oktyabr aylarında Orta Dəhlizlə konteyner daşımaları 33% artıb. Lakin nəqliyyat assosiasiyalarının məlumatına görə, 2023-cü ilin 8 ayı ərzində konteyner daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% azalıb, bu isə əməliyyat səmərəsizliyi və daşıma xərclərinin yüksək olması ilə əlaqədar olub.
Yuxarıda sadalanan problemlərə əsaslanaraq DB analitikləri dəhlizin səmərəliliyini artırmaq üçün 5 tapşırığın yerinə yetirilməsinin vacibliyinə diqqəti cəlb edirlər. Birincisi, dəhlizin inteqrasiya olunmuş ticarət yolu kimi təşviqi üçün institusional mexanizm qəbul edilməlidir. İkincisi, yeni logistika həllərinin, o cümlədən standartlar və tariflərin tətbiq edilməsi, əməliyyatların proqnozlaşdırılması mümkünlüyünün artırılması vacibdir. Üçüncüsü, prosedur və proseslər sadələşdirilməli, tranzit yüklərin emalı üçün sərhəd və gömrük orqanları, eləcə də ölkələrin dəmir yolları arasında koordinasiya yaxşılaşdırılmalıdır. Dördüncüsü, dəhlizin rəqəmsallaşma səviyyəsi, o cümlədən xidmət təchizatçıları və malgöndərənlər və ya onların agentləri arasında məlumat mübadiləsi artırılmalıdır. Müvafiq yol xəritəsinin hazırlanması vacibdir. Beşincisi, dəhliz boyu infrastrukturun yaxşılaşdırılmasının davam etdirilməsi, o cümlədən əlverişsiz hava şəraiti ilə əlaqədar əməliyyat risklərini azaltmaq üçün limanın müasir avadanlıqla təchiz edilməsi, Xəzər dənizinin dayazlaşması səbəbindən onun xüsusiyyətləri nəzərə alınmaqla yeni gəmilərin inşasına, eləcə də müasir naviqasiya vasitələrinə sərmayə qoyuluşu vacibdir.
“Bu addımlar sayəsində 2030-cu ilədək (2021-ci illə müqayisədə - İF) dəhlizlə yükdaşımaların həcmini 3 dəfə (11 milyon tona qədər – İF) artırmaq mümkündür. İnvestisiya və siyasi tədbirlərin vəhdəti ilə Orta Dəhliz müəyyən dərəcədə transkontinental ticarətin iqtisadi və geosiyasi dayanıqlığını təmin edə və Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının üzə çıxarılmasına, limanlara çıxış vasitəsilə Çin, Avropa və bütün dünyaya etibarlı marşrutun təmin edilməsinə kömək edə bilər. Düzgün siyasətin yürüdüləcəyi və tələb olunan sərmayə qoyuluşunun həyata keçiriləcəyi təqdirdə Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarət dövriyyəsi 2030-cu ilədək 37%, bu dövlətlərin Aİ ölkələri ilə ticarət dövriyyəsi isə 28% artacaq”, - deyə DB vurğulayır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət