Ekspertlər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycanda iki günəş və bir külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirməyi planlaşdırdığı 3 layihəni $1 milyard dəyərində qiymətləndirirlər.
“Sövdələşmənin dəyəri açıqlanmır, lakin ekspertlər layihələrin ümumi dəyərini $1 milyard həcmində qiymətləndirirlər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Britaniyanın “The Financial Times” nəşrinə istinadən bildirir.
Xəbər verildiyi kimi, 2023-cü il oktyabrın 26-da Azərbaycan Hökuməti ilə “Masdar” şirkəti arasında ölkə ərazisində iki günəş və bir külək elektrik stansiyasının inşası layihələri ilə bağlı investisiya müqavilələri imzalanıb.
Energetika Nazirliyindən bildirilib ki, üç yeni stansiyanın ümumi gücü 1 QVt olacaq.
Neftçala rayonunda günəş elektrik stansiyasının gücü 315 MVt, Biləsuvar rayonunda günəş elektrik stansiyasının gücü 445 MVt, Abşeron-Qaradağ rayonunda külək elektrik stansiyasının gücü isə 240 MVt təşkil edəcək.
Bu günədək “Masdar” şirkəti Azərbaycanda dəyəri $262 milyon olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsini həyata keçirib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət