2023-cü ilin üç rübünün yekunları üzrə Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2% azalaraq 16,4 milyard avro təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
Statistik məlumatlara görə, cari ilin I rübündə xarici ticarətin həcmi 5,9 milyard avro (azalma 3,4%), II rübdə 5,5 milyard avro (azalma 28,3%), III rübdə 5 milyard avro (azalma 2,1 dəfə) təşkil edib.
Üç rübün yekunları üzrə Aİ ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya (9,3 milyard avro, 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən azalma 39,7%), Yunanıstan (1,1 milyard avro, azalma 34,1%), Çexiya (1 milyard avro, azalma 0,1%), Almaniya (0,9 milyard avro, azalma 35,7%) və İspaniya (0,8 milyard avro, azalma 2,2%) olub.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Aİ ölkələrinə ixrac 14,6 milyard avro (azalma 36%), o cümlədən I rübdə 5,3 milyard avro (azalma 8,2%), II rübdə 4,9 milyard avro (azalma 1,5 dəfə), III rübdə 4,4 milyard avro (azalma 2,2 dəfə) təşkil edib.
Cari ilin 9 ayı ərzində Aİ ölkələrindən Azərbaycana idxal 1,8 milyard avro (artım 35%), o cümlədən I rübdə 0,6 milyard avro (artım 1,7 dəfə), II rübdə 0,6 milyard avro (artım 30,9%), III rübdə 0,6 milyard avro (artım 11,3%) təşkil edib.
Beləliklə, 2023-cü ilin yanvar-sentyabr aylarında Aİ ölkələri ilə idxal-ixrac münasibətlərində Azərbaycanın müsbət saldosu 12,8 milyard avro (2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən azalma 40,5%) təşkil edib.
Avrostatın təkrar nəzərdən keçirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 33,1 milyard avroya (2021-ci illə müqayisədə artım 2,3 dəfə), Azərbaycanın ixracı 2,4 dəfə artaraq rekord həddə - 31,1 milyard avroya, idxalı isə 39,4% artaraq 2 milyard avroya çatıb.
2022-ci ildə Aİ ilə ticarət əlaqələrində Azərbaycanın müsbət saldosu 29,1 milyard avro təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət