Əmlak Məsələləri Dövlət Xidməti uşaq bezi və salfet kağızı istehsalı müəssisəsini (“Mini Boss” ticarət nişanı altında) investisiya müsabiqəsinə çıxarmağı planlaşdırır.
Dövlət Xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, müəssisədə quraşdırılmış avadanlıqlar İtaliya və Almaniya istehsalıdır. Uşaq bezi avadanlığının istehsal gücü 1 dəqiqədə 500 bez, tualet kağızı istehsalı avadanlığının istehsal gücü ay ərzində 15 milyon rulon, salfet avadanlığının istehsal gücü isə ay ərzində 35 milyon ədəd salfet təşkil edir.
Müəssisənin nümayəndəsi Zaur Vəliyevin sözlərinə görə, müəssisə Özbəkistan, Polşa, Rusiya və Latviyaya məhsul ixrac edir. “Qazaxıstana və digər MDB ölkələrinə də ixracın həyata keçirilməsi planlaşdırılır”, - deyə o qeyd edib.
Z.Vəliyevin sözlərinə görə, xammal Türkiyə, Almaniya və ABŞ-dan alınır.
O vurğulayıb ki, hazırda yerli bazarda müəssisənin payı 4%-dir ki, bunun da əsas hissəsini uşaq bezləri təşkil edir.
Nümayəndə əlavə edib ki, müəssisənin inkişaf etdirilməsi və məhsul çeşidinin artırılması üçün yaxşı imkanlar var.
“Müəssisənin özəlləşdirilməsi məhz bu məqsədləri və yeni investisiyaların cəlb edilməsini nəzərdə tutur”, - deyə Dövlət Xidmətindən vurğulanıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət