Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, DSMF-nin 2024-cü il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 6 milyard 919,86 milyon manat təşkil edəcək ki, bu da 2023-cü ilin göstəricisindən 10,4% çoxdur.
2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq: məcburi dövlət sosial sığorta haqları - 5 milyard 288 milyon 135,4 min manat, DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait - 1 milyard 392 milyon manat, sair gəlirlər - 12,7 milyon manat.
Məcburi dövlət sosial sığorta haqları büdcədən maliyyələşən təşkilatlar (1 milyard 672 milyon 911,2 min manat), qeyri-büdcə sektoru (3 milyard 387,1 milyon manat) və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (65 milyon manat) üzrə formalaşacaq.
2024-cü ildə əhaliyə ödənişlər üzrə xərclər 6 milyard 681,58 milyon manat təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə 9,9% çoxdur.
Əmək pensiyalarının ödənilməsi xərcləri 6,5 milyard manat, müavinət xərcləri 78,5 milyon manat təşkil edəcək.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət