Prezident İlham Əliyev “Energetika haqqında” yeni qanunu təsdiq edib. Qanun dərc olunduğu gündən etibarən qüvvəyə minir.
Dekabrın 5-də rəsmi mətbuatda dərc olunmuş qanun energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
“Energetika haqqında” qanun 6 fəsil və 28 maddədən ibarətdir.
Qanuna əsasən, sərbəst istehlakçı (illik elektrik enerjisi sərfiyyatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilən istehlakçı) enerji təchizatçısını seçmək hüququna malikdir. Lakin bu, 1 iyul 2025-ci il tarixindən mümkün olacaq.
Bundan başqa, qanunun bəzi maddələri, o cümlədən enerji təchizatçısı tərəfindən enerji istehlakçısına təqdim edilməli olan və tənzimləyici tərəfindən müəyyən edilən məlumatın məzmunu ilə bağlı maddə 1 iyul 2028-ci il tarixindən qüvvəyə minəcək.
Bu qanunun qüvvəyə minməsi ilə 1998-ci ildə qəbul edilmiş “Energetika haqqında” qanun qüvvədən düşür.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət