Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian Moskvada keçirilən görüşdə iki ölkə arasında ikitərəfli gündəlikdə duran məsələlər və regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan XİN-dən verilən məlumata görə, nazirlər son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
“Tərəflər bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Bu xüsusda, İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması istiqamətində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub”, - deyə məlumatda bildirilir.
C.Bayramov Bakı ilə İrəvan arasında sülh prosesinin perspektivləri, Ermənistan tərəfindən törədilən maneçilik barədə qarşı tərəfə məlumat verib.
“Nazir Ermənistanın silahlandırılması səylərinin bölgədə sülhə və sabitliyə təhdid olduğunu vurğulayıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət