2023-cü ilin yekunları üzrə Azərbaycandan şərab ixracı $8 milyon dəyərində təşkil edəcək. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev məlumat verib.
2022-ci ildə Azərbaycandan şərab ixracı $6 milyon dəyərində olub.Beləliklə, 2023-cü ildə ixracın həcmi 33% arta bilər.
“Qiymətləndirmələrimizə əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində şərab ixracı $7,3 milyon dəyərində əşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,33% çoxdur. Eyni zamanda, hesabat dövründə Rusiyaya $5 milyon dəyərində məhsul tədarük olunub”, - Abdullayev çərşənbə günü jurnalistlərə deyib.
Abdullayev “İnterfaks-Azərbaycan”ın müxbirinin sualına cavabında qeyd edib ki, Agentliyin hesablamalarına əsasən, 2023-cü ilin yekunları üzrə şərab məhsullarının ixrac həcmi $8 milyon təşkil edəcək.
Agentliyin rəhbəri vurğulayıb ki, 2023-cü ilin yekunları üzrə ixrac təqribən 5 milyon şüşə təşkil edəcək.
Abdullayev əlavə edib ki, Azərbaycanda ən iri şərab ixracatçısı «Az Abrau» şirkətidir (“Abrau-Dürso” Qrupuna daxildir - İF). “İxracın təxminən 50%-i bu şirətin payına düşür”, - deyə o, “İnterfaks-Azərbaycan”ın dəqiqləşdirici sualına cavab verib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət