Azərbaycan 3-4 il ərzində şərab ixracını $20-25 milyona çatdıra bilər. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev belə hesab edir.
Xəbər verildiyi kimi, 2022-ci ilin yekunları üzrə Azərbaycandan şərab ixracı $6 milyon təşkil edib. 2023-cü ilin yekunları üzrə şərab məhsullarının ixrac həcmi $8 milyon səviyyəsində gözlənilir.
"2024-cü ildə AZPROMO şərab ixracı üzrə bir neçə layihəyə dəstək verməyi planlaşdırır. Bu, şərablarımızın mövcud olduğumuz əsas bazarlarda təbliğinə aiddir. Bu, xüsusilə, «Ağdam» brendini tanıtmaq istədiyimiz Rusiyada satışlarımızı artırmağa imkan verəcək. Həmçinin, Türkiyəyə də belə bir kampaniya keçirməyi planlaşdırırıq. Lakin, əsasən, hələlik məqsədimiz Rusiyadır ", - Abdullayev jurnalistlərə bildirib.
«İnterfaks-Azərbaycan» agentliyinin sualına cavabında Abdullayev qeyd edib ki, Azərbaycan «yaxın 3-4 il ərzində şərab ixracını $20-25 milyona çatdıra bilər».
Onun fikrincə, Azərbaycan şərablarının ixracı üçün Mərkəzi Asiya ölkələri və Çin böyük potensial təşkil edir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət