2024-cü ildə Hasilatın Pay Bölgüsü haqqında sazişlər (PSA, HPBS) çərçivəsində Azərbaycanın payına düşən neft və qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar $4 milyard 791,9 milyon məbləğində proqnozlaşdırılır. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə ARDNF-in 2024-cü il büdcəsinin layihəsinə dair Hesablama Palatasının rəyində deyilir.
“2024-cü ildə PSA çərçivəsində Azərbaycanın payına düşən neft və qazın satışından ARDNF-ə daxilolmalar $4 milyard 791,9 milyon məbləğində (8 milyard 146,2 milyon manat) proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 3 milyard 619,6 milyon manat və ya 30,8%, 2023-cü il üçün gözlənilən icra göstəricisindən isə 6 milyard 136,1 milyon manat və ya 43% azdır”, - deyə rəydə bildirilir.
Bu azalma onunla əlaqədardır ki, 2024-cü ildə mənfəət nefti və qazının satışından ARDNF-in gəlirləri bir barel neftin orta qiyməti $60 olmaqla hesablanıb, 2023-cü ilin 9 ayının yekunları üzrə bir barel neftin (“Azeri Light” – İF) faktiki orta qiyməti isə $85,5 təşkil edib.
2024-cü ildə “Azəri-Çıraq-Günəşli” bloku (AÇG) üzrə mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $4 milyard 89,46 milyon (70,86 milyon barel neft), “Şahdəniz” yatağı üzrə mənfəət kondensatı və qazının satışından $596,31 milyon (6,48 milyon barel kondensat və 5,02 milyard kubmetr qaz), “Abşeron” yatağı üzrə $77,38 milyon məbləğində (0,81 milyon barel kondensat və 0,29 milyard kubmetr qaz) proqnozlaşdırır.
2024-cü ildə Suraxanı və Qaraçuxur yataqları üzrə karbohidrogen satışından ARDNF-in gəlirləri $2,18 milyon, Zığ-Hövsan yatağı üzrə $1,72 milyon, Kürsəngi və Qarabağlı yataqları üzrə $1,71 milyon, Neftçala və Xıllı yataqları üzrə $0,47 milyon, Mişovdağ və Kəlaməddin yataqları üzrə $1,33 milyon, Kürovdağ yatağı üzrə $6,19 milyon, Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları üzrə $7,1 milyon, Binəqədi blokuna daxil olan yataqlar üzrə $6,68 milyon, Qum-Dəniz və Bahar yataqları üzrə $1,36 milyon məbləğində proqnozlaşdırılır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət