Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi-ticarət, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə Oman arasında qarşılıqlı səfərlərin əhəmiyyətini və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, ticarət dövriyyəsinin həcminin artırılmasına dair fikir mübadiləsi aparıb və iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd ediblər.
Görüşdə Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.
Danışıqlarda Azərbaycan nümayəndə heyətinə başçılıq edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev omanlı həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin gedişatı barədə məlumatlandırıb.
XİN-dən bildirilib ki, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət