“Moody`s Investors Service” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankı (ABB) və “Xalq Bank” ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini təsdiqləyib. Bu barədə agentliyin məlumatında deyilir.
ABB və “Xalq Bank”ın emitent defoltu reytinqləri müvafiq olaraq “Ba3” və “B1” səviyyəsində təsdiqlənib.
Agentlik ABB-nin baza və tənzimlənmiş kredit qiymətləndirməsi üzrə reytinqlərini “b1”, “Xalq Bank”ın isə “b2” səviyyəsində təsdiqləyib.
Hər iki bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnoz “Stabil”dən “Pozitiv”ə dəyişib.
Məlumatda qeyd olunur ki, ABB-nin reytinqlərinin təsdiqlənməsi Azərbaycan hökuməti tərəfindən bankın dəstəklənməsi ehtimalının yüksək olmasından xəbər verir.
Proqnozun dəyişməsi bankın kredit profilinin, xüsusilə aktivlərinin keyfiyyətinin və gəlirliliyinin yaxın 12-18 ay ərzində yaxşılaşmağa davam edəcəyi ilə bağlı “Moody`s”in gözləntilərini əks etdirir.
“Moody`s” qeyd edir ki, son illərdə bankın problemli kreditlərinin payı 2020-ci ildəki 7,7%-ə qarşı 2022-ci ilin sonuna tədricən 4,6%-ə qədər azalıb ki, bu da iri borcalanların borcuna xidmət göstərilməsi imkanlarının yaxşılaşması və borcların silinməsi sayəsində mümkün olub. Agentlik problemli kreditlərin payının azalmaqda davam edərək yaxın 12-18 ay ərzində 4%-dən aşağı səviyyədə qalacağını gözləyir.
“Moody`s”in qiymətləndirmələrinə görə, daha yüksək xalis faiz marjası (NIM) və valyuta əməliyyatlarından əldə edilən gəlir hesabına 2022-ci ildə ABB-nin gəlirliliyi yaxşılaşıb. Agentlik hesab edir ki, bankın gəlirlilik göstəriciləri 12-18 ay ərzində yaxşılaşmağa davam edəcək.
“Moody`s”, həmçinin bankın likvidlik səviyyəsinin yaxın 12-18 ay ərzində yüksək olaraq qalacağını proqnozlaşdırır.
“Xalq Bank”ın reytinqlərinin təsdiqlənməsi aktivlərin yaxşılaşması, kredit portfelinin konsentrasiyasının azalması, kapitallaşmanın sabitliyi kimi amillərlə şərtlənib. Proqnozun “Pozitiv”ə dəyişməsi bankın kredit profilinin qarşıdakı 12-18 ay ərzində daha da yaxşılaşacağını göstərir.
Bank 2020-2022-ci illərdə problemli kreditlərin 12,8%-dən 4,4%-dək azalmasına nail olub. “Moody`s” 2024-cü ilin sonunadək “Xalq Bank”ın problemli kreditlərinin payının 4-5%-dən çox olmayacağını gözləyir.
Agentlik vurğulayır ki, son 2-3 il ərzində bank kredit portfelinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, xarici valyutada kreditlərin xüsusi çəkisini 2019-cu ilin sonuna olan 76%-ə qarşı 2023-cü ilin sonuna 44%-dək azaltmağa müvəffəq olub.
2022-ci ilin sonuna “Xalq Bank”ın kapital adekvatlığı göstəricisi 18,9% təşkil edib. “Moody`s” yaxın 12-18 ay ərzində bankın kredit portfelinin orta səviyyədə artımını gözləyir. Agentliyin qiymətləndirmələrinə görə, “Xalq Bank”ın kapital adekvatlığı əmsalı qarşıdakı 12-18 ay ərzində 17%-dən az olmayacaq.
2022-ci ilin sonuna “Xalq Bank”ın xalis mənfəəti 29 milyon manat təşkil edib. Bu dövrdə bankın kapitalının gəlirlilik əmsalı (ROA) 1,1% təşkil edib. “Moody`s” yaxın 12-18 ay ərzində bu göstəricinin 1,5-1,7%-ə qədər artacağını proqnozlaşdırır.
Agentlik hesab edir ki, “Xalq Bank” depozitlərin konsentrasiyasını və depozitlər üzrə dollarlaşma səviyyəsini bir qədər yaxşılaşdıra (2019-cu ilin sonuna olan 80%-ə qarşı 2022-ci ilin sonuna 65%) bilib. 2023-cü il sentyabrın sonuna bankın likvidliyi 26% səviyyəsində qiymətləndirilir.
ABB-nin reytinqləri gəlirlilik və aktivlərin keyfiyyətinin daha da yaxşılaşacağı halda yüksəldilə bilər.
“Xalq Bank”ın reytinqlərinin yüksəldilməsi gələcəkdə kredit portfelinin dedollarlaşması, kredit portfelinin mərkəzsizləşdirilməsi tendensiyasının davam edəcəyi halda mümkündür.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. ABB-nin kapitalında dövlətin payı 96,37%, o cümlədən Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın səhmdarları 17 hüquqi və 1780 fiziki şəxsdir.
“Xalq Bank” fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət