Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.
Sənaye məhsulunun 67,9%-i mədənçıxarma sektorunda, 26,8%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7%, kompüter, elektron və optik məhsulların istehsalı 74,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1%, maşın və avadanlıqların istehsalı 37,4%, poliqrafiya məhsullarının istehsalı 26,7%, tikinti materiallarının istehsalı 29,8%, içkilərin istehsalı 27,5%, kağız və karton istehsalı 18,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4%, hazır metal məmulatlarının istehsalı 19,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7%, elektrik avadanlıqlarının istehsalı 10,3%, qida məhsullarının istehsalı 9,8%, tütün məmulatlarının istehsalı 9,6%, neft məhsullarının istehsalı 8,4%, kimya sənayesi məhsullarının istehsalı 8,3%, mebel istehsalı 5,7%, əczaçılıq məhsullarının istehsalı 1,1% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12%, geyim istehsalı 13,3%, sair nəqliyyat vasitələrinin istehsalı 9,9%, sair sənaye məhsullarının istehsalı 13,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət