Azərbaycan hökuməti 2025-ci ilin birinci yarısında Mingəçevirdə 1280 MVT gücündə yeni istilik elektrik stansiyasının (İES) tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev əyan edib.
"Yeni stansiyanın tikintisi qrafikə uyğun aparılır. Stansiyanın 2025-ci ilin irinci yarısında istifadəyə verilməsi planlaşdırılır”, – Rzayev çərşənbə axşamı jurnalistlərə deyib.
Xəbər verildiyi kimi, fevralın 13-də Mingəçevirdə 1280 MVT gücündə yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Stansiyanın ümumi dəyəri təqribən $400 milyona qədər olacaq. Ödəniləcək vəsaitin 60%-i “Azərenerji” ASC-nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40% isə kreditlər vasitəsilə təmin ediləcək.
Yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Bu, imkan verəcək ki, ildə təqribən 1 milyard kubmetr qaza qənaət edilsin.
“Azərbaycan" İES hər birinin gücü 300 meqavat olan səkkiz enerji blokundan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Stansiyanın birinci bloku 1981-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət