İsveçrənin “Stadler Rail Group” şirkətinin “FLIRT” markalı ilk qatarı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə təhvil verilib. Bu barədə ADY-nin sədri Rövşən Rüstəmov məlumat verib.
“İsveçrənin “Stadler Rail Group” şirkətinin 2023-cü ildə Azərbaycana gətiriləcək dörd qatardan biri artıq burdadır. İlk qatar Bakıdadır, ikincisi sərhədi keçib”, - Rüstəmov çərşənbə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, daha iki qatarın göndərilməsi üçün son hazırlıq işləri gedir. “Qatarlar sınaqlardan sonra 2024-cü ilin mart ayında istifadəyə veriləcək”, - Rüstəmov deyib.
O əlavə edib ki, hazırda qalan 6 qatarın istehsalı ilə bağlı son işlər görülür. “2024-cü ilin sonuna kimi həmin qatarlar da Azərbaycana təhvil veriləcək”, - ADY-nin sədri deyib.
Xəbər verildiyi kimi, 2019-cu il noyabrın 25-də “Stadler” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ADY 2023-2024-cü illərdə 10 ədəd 5 vaqonlu birmərtəbəli FLIRT tipli sərnişin qatarı alacaq.
Bundan başqa, 2023-cü il oktyabrın 24-də “Azərbaycan Dəmir Yolları” QSC və “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
Mərkəzdə hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət həyata keçiriləcək.**
X.Nəsirzadə, B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət