Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Azərbaycanın qərbində Gilar yatağında yeraltı dağ işləri üçün nəzərdə tutulmuş «Caterpillar» şirkətinin texnikasını əldə edib.
«Caterpillar Inc» şirkətinin yeraltı dağ-mədən texnikası ilk dəfə Azərbaycanda yerləşdirilib. Avadanlıqlar xeyli dərəcədə tədarükçülər tərəfindən maliyyələşdiriləcək və ilk dəfə olaraq “Caterpillar” Azərbaycanda, xüsusilən Cənubi Qafqaz regionunda müştəriyə maliyyələşdirmə imkanı verəcək", - AAM –nin məlumatında ideyilir.
Qızıl hasilatçısının məlumatına görə, Azərbaycana gətirilən yeraltı texnika parkına üç yeraltı R1700 yükləyici və iki yeraltı 980UMA yükləyici daxildir. Avadanlıqlardan hazırda tikinti mərhələsində olan yeni Gilar mədənində istifadə ediləcək.
"Caterpillar” texnikasının rəsmi regional dileri olan “Borusan” Azərbaycan ərazisində ehtiyat hissələri və ara materiallarının ehtiyatını dəstəkləyəcək, əsas detallar isə Türkiyə və Qazaxıstandakı Borusan regional mərkəzlərində saxlanılacaq. Bu, maşınların bütün xidmət müddəti ərzində satışdan sonrakı səmərəli xidmətini təmin edəcək", - məlumatda bildirilir.
Gətirilən yeraltı texnikanın dəyəri $4,6 milyon təşkil edir, bunun qalıq vəsaiti 2023-cü ilin sonunadək AAM-nin mövcud likvid ehtiyatları hesabına $3,7 milyon həcmində avadanlığın alışı üçün "Caterpillar”a ödəniləcək.
"$3,7 milyon məbləğində vəsaitin" Caterpillar"ın təchizatçıların maliyyələşdirilməsi üçün verdiyi kredit hesabına yenidən maliyyələşdirilməsi gözlənilir. Hazırda Caterpillar Finance ilə 2024-cü ilin birinci rübündə bağlanacağı gözlənilən kreditin rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı danışıqlar davam etdirilir", - məlumatda deyilir.
AAM-nin məlumatına görə, yeni yeraltı avadanlığın istifadəsi avadanlıq operatorları və avadanlıqlara texniki qulluq və yardımçı heyət daxil olmaqla, təxminən 50 yeni yerli işçinin işə götürülməsini tələb edəcək.
Hazırda 800-ə yaxın yerli işçi Gədəbəydə bilavasitə şirkətdə çalışır. Bundan əlavə, şirkət öz podratçılarının 600-ə yaxın sakini işlə təmin edir.
Gilar - Gədəbəy müqavilə ərazisində, şirkətin emal gücündən təxminən 7 km məsafədə yerləşən faydalı qazıntılar yatağıdır. Şirkətin məlumatına görə, bu rayonda iki növ minerallaşma mövcuddur: kvars damarlarında qızıl və hidrotermal məhlullardan qızıl-mədən filizi.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.
PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət