Beynəlxalq Valyuta Fondu (BVF)2029-cu ilə qədər Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin $54,524 milyarda qədər artımını proqnozlaşdırır.
2022-ci ilin yekunları üzrə ARDNF-nin aktivləri $49,369 milyard təşkil edib. Beləliklə, 2023-2028-ci illərdə BVF-nin qiymətləndirmələrinə görə, ARDNF-nin aktivləri 10,2% artacaq.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, bu proqnozlar BVF-nin 1-16 noyabr 2023-cü il tarixlərində Azərbaycan hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) IV Maddə Məsləhətləşmələri üzrə dərc olunan bəyanatında qeyd olunub.
BVF-nin qiymətləndirmələrinə görə, 2023-cü ilin yekunları üzrə ARDNF-nin aktivləri $51,12 milyard (2022-ci illə müqayisədə artım 3,5%), 2024-cü ilin yekunları üzrə - $52,819 milyard, 2025-ci ilin yekunları üzrə - $53,205 milyard təşkil edəcək.
2026-cı ildə ARDNF-nin aktivləri $53,425 milyarda qədər, 2027-ci ildə - $53,744 milyarda qədər, 2028-ci ildə - $54,524 milyarda qədər artacaq. ə
BVF-nin qiymətləndirmələrinə görə, 2023-cü ildə bir barel Azərbaycan neftinin qiyməti (premiyalar nəzə alınmaqla) $82,5 (2022-ci ildə - $98,4), 2024-cü ildə - $81,9, 2025-ci ildə - $78, 2026-cı ildə - $74,7, 2027-ci ildə - $71,9, 2028-ci ildə - $69,5 təşkil edəcək.
BVF-nin proqnozlarına görə, 2023-cü ildə 1 min kubmetr Azərbaycan qazının qiyməti $384,8 (2022-ci ildə - $740), 2024-cü ildə - $393,1, 2025-ci ildə - $291,7, 2026-cı ildə - $362,6, 2027-ci ildə - $322,6, 2028-ci ildə - $319 təşkil edəcək.
2023-cü il sentyabrın 30-na planlaşdırılmış xərclərin az olması fonunda ARDNF-nin aktivləri $55 milyard 524 milyon (yanvar-sentyabr aylarında artım 13%) həcmində qiymətləndirilir.
2028-ci ilə qədər Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-2027-ci illərdə bir barel neftin orta qiymətinin $80 səviyyəsindəki halında $58,6 milyard təşkil edə bilər. Proqnozlara əsasən, bir barel neftin orta qiyməti $60 səviyyəsində olacağı halda2027-ci ildə – $50,5 milyarda qədər azalacaq. Bir barel neftin orta qiyməti $70 səviyyəsində olacağı halda 2027-ci ilə qədər – $54,4 milyard.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət