2022-ci ildə SOCAR üzrə 1000 m3 qazın istehsal maya dəyəri 67,57 manat (cari məzənnə ilə $39,74) təşkil edib və 2022-ci illə müqayisədə 10,35% artıb.
Bu göstəricilər şirkətin 2022-ci il üzrə hesabatında öz əksini tapıb. Hesabat SOCAR-ın saytında dərc olunub.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,5%, əmək haqqı 12,4%, sosial sığorta fonduna ayırmalar 2,8%, amortizasiya ayırmaları 14,1%, əsas vəsaitlərin təmiri 4,9%, əsas vəsaitlərə texniki xidmət 10,8%, nəqliyyat xərcləri 12,4%, mədən vergisi 19,1%, mühafizə xərcləri 2% təşkil edir, qalanı digər xərclərin payına düşür.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2022-ci ildə şirkət üzrə 1000 m3 qazın istehsal maya dəyəri (mədən vergisiz) 53,72 manat (artım 9,39%) təşkil edib.
Qazın maya dəyərinin artımı keçən ilə nisbətən xüsusilə xərclərin artımı ilə şərtlənir: yanacaq (36,1%), əmək haqqı (22,6%), sosial sığorta (19,4%), amortizasiya xərcləri (9,5%), obyektlərin təmiri (17,3%), əsas hissələrə texniki xidmət (6,2%), nəqliyyat xərcləri (5,4%), mühafizə xərcləri (25,5%) və digər xərclər (31,7%).
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, şirkətin digər xərcləri, qazın emalı, saxlanması, nəqli və “Azərkontrakt” ASC-dən alışına çəkilən xərclər nəzərə alınmaqla 2022-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 165 manat (2021-ci ildə - 121,9 manat) təşkil edib.
2022-ci ildə SOCAR üzrə qaz hasilatı 8 milyard 70 milyon kubmetr (artım 2,7%), “Azneft” İB üzrə 6 milyard 478,1 min kubmetr, əməliyyat şirkətləri və müştərək müəssisələr üzrə 1 milyard 591,9 milyon kubmetr təşkil edib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət