2023-cü ilin 9 ayı ərzində Azərbaycan rezidentləri tərəfindən yatırılan birbaşa xarici investisiyalar $2 milyard 691,9 milyon təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 3,5 dəfə çoxdur. Bunu Mərkəzi Bankın (AMB) Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
“Hesabat dövründə Azərbaycan xarici ölkələrin iqtisadiyyatına $2,7 milyard investisiya (artım 3,5 dəfə - İF-Az) yatırıb, bunun $1,8 milyarda qədərini Türkiyəyə birbaşa xarici investisiyalar təşkil edib”, - deyə S.Nəsirov bu gün keçirilən brifinqdə bildirib.
AMB-nin məlumatına görə, cari ilin I rübündə Azərbaycan rezidentləri xaricə $289,896 milyon, II rübdə $330,365 milyon, III rübdə $2 milyard 71,639 milyon məbləğində investisiya qoyuluşu həyata keçirib.
9 ay ərzində Türkiyə Azərbaycan rezidentlərinin birbaşa investisiya yatırdığı xarici ölkələr arasında birinci yerdə olub ($1 milyard 760,223 milyon (artım 20 dəfə) və ya qeyd olunan dövrdə bütün birbaşa xarici investisiyaların 65,4%-i). 2022-ci ilin yanvar-sentyabr aylarında birbaşa xarici investisiyaların 11,6%-i Türkiyə iqtisadiyyatının payına düşüb.
Azərbaycan rezidentlərinin birbaşa xarici investisiya yatırdığı ölkələrin TOP-beşliyinə ABŞ ($259,558 milyon, +7,1 dəfə), Niderland ($97,37 milyon, +1,8 dəfə), Honkonq ($80,173 milyon, +10,6 dəfə) və BƏƏ ($79,221 milyon, -41,1%) daxildir.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan rezidentləri Rusiyaya birbaşa xarici investisiya qoyuluşunu 3,5 dəfə - $33,384 milyonadək və ya xaricə bütün investisiya qoyuluşunun 1,2%-i səviyyəsində (2022-ci ilin yanvar-sentyabr aylarında 1,3%) artırıb.
2022-ci ildə Azərbaycan rezidentlərinin birbaşa xarici investisiyalarının həcmi $1 milyard 152,617 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 39,6% çoxdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət