Rusiyada yumurtanın qiyməti Yeni ildən sonra ucuzlaşacaq, Azərbaycan gələn həftə tədarükə başlayacaq. RF-nin kənd təsərrüfatı naziri Dmitri Patruşev belə hesab edir.
“Çox ümid edirəm ki, Yeni ildən sonra qiymətlər ucuzlaşmağa başlayacaq”, - deyə nazir jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
O qeyd edib ki, nazirlik qiymət artımının qarşısını almaq üçün tədbirlər görür. “Artıq gələn həftə Azərbaycandan yumurta daxil olmağa başlayacaq. İki-üç həftə sonra Türkiyədən yumurtalar müvafiq idxal rüsumu olmadan ölkəmizə gətiriləcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”, - deyə D.Patruşev qeyd edib.
Onun sözlərinə görə, idxal rüsumunun ləğvi prosesi demək olar ki, başa çatıb. “Bu, bazarı təmin etməyə imkan verəcək”, - deyə kənd təsərrüfatı naziri vurğulayıb.
Patruşev xatırladıb ki, nazirlik yumurta və quş əti istehsalçılarına dövlət dəstəyini artırıb, həmçinin şəbəkələrin istehsalçılarla birbaşa müqavilələr bağlaya bilməsi üçün onlarla fəal işləyir. “Bu da istehlakçılar üçün qiymətə təsir edəcək”, - deyə o qeyd edib.
“Rosstat”ın məlumatına görə, dekabrın 5-dən 11-dək Rusiyada yumurtanın qiyməti 4,6%, ilin əvvəlindən isə 46,2% bahalaşıb. Bu, ərzaq bazarında ən yüksək artım tempidir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət