Azərbaycanın baş naziri Əli Əsədov qeyd edir ki, Bakı MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.
“Azərbaycan MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir”, - Əsədov bazar ertəsi Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, “ölkəmizdə müntəzəm olaraq bu sahədə incəsənət, mədəniyyət, elm, təhsil xadimlərini bir araya gətirən müxtəlif tədbirlər keçirilir”. “Azərbaycan artıq bu cür tədbirlərin keçirilməsinin ənənəvi məkanına çevrilib. Əlbəttə, bütün bunlar coğrafi, tarixi və mədəni köklərə, Azərbaycan xalqına xas olan çoxəsrlik multikulturalizm ənənələrinə əsaslanır”, - baş nazir əlavə edib.
“Azərbaycan Respublikası çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Bütün millətlərin və dinlərin nümayəndələri əsrlərdir ki, ölkəmizdə sülh, anlaşma və dostluq şəraitində yaşayırlar. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, onların hamısı bizim bərabərhüquqlu vətəndaşlarımızdır”, - Əsədov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan “çoxsaylı beynəlxalq platformalar vasitəsilə millətlərarası dialoqu fəal şəkildə təşviq edir”.
“İdman sahəsində qarşılıqlı fəaliyyət humanitar əlaqələrin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir. İdman yarışları sırf idman xarakteri daşısalar da, eyni zamanda, millətlərarası dialoqun möhkəmləndirilməsinə və xalqlar arasında etimad və qarşılıqlı anlaşma ab-havasının yaradılmasına xidmət edir. Biz 2025-ci ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək III MDB ölkələri Oyunlarına məhz bu prizmadan baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə də MDB çərçivəsində humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək”, - baş nazir bəyan edib.
Onun zənnincə, MDB bir çox sahələrdə üzv dövlətləri arasında qarşılıqlı fəaliyyət və dialoq üçün vacib meydançadır.
“Azərbaycan MDB formatında uğurlu qarşılıqlı fəaliyyətin zəmanəti olan ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsi və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir”, - Əsədov vurğulayıb.
O qeyd edib ki, “hökumətlərarası səviyyədə müntəzəm təmaslar ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar dialoq aparmağa, həmçinin müxtəlif çağırışlara və risklərlə vaxtında cavab verməyə imkan verir”.
“Ölkələrimiz mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət üçün böyük potensiala malikdir. Hər il MDB çərçivəsində mədəniyyət paytaxtlarının və tematik humanitar illərin elan edilməsi Birlik ölkələrinin humanitar qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verir”, - Əsədov əlavə edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət