Azərbaycan prezidenti İlham Əlliyev bazar ertəsi parlament seçkilərində hakim koalisiyanın qələbəsi münasibətilə Serbiya prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
“Serbiya Respublikasında növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və lideri olduğunuz “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm”, - dövlət başçısının saytında dərc olunan təbrikdə deyilir.
Azərbaycan prezidentinin rəyinə görə, “səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə (Vuçiçə - İF) olan böyük inam və etimadı bariz şəkildə əks etdirir”.
Dövlət başçısı qeyd edib ki, “dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
“Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz vardır”, - o yazıb.
“Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - Əliyev əlavə edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət