2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 6 milyon 953,5 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə yükdaşımaların strukturunda 6 milyon 153 min ton tranzit yüklərin (artım 35,3%), 3 milyon 919,4 min ton neft və neft məhsullarının (artım 69,5%), 3 milyon 34,1 min ton digər yüklərin (azalma 9,4%) payına düşüb.
Yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə 17,9 min sərnişin (artım 13,3%) daşınıb.
Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə yük daşımalarından 255 milyon 940,6 min manat gəlir (artım 45,8%) əldə edib. Gəlirlərin bütün həcmi beynəlxalq yükdaşımaların payına düşüb.
Dəniz nəqliyyatı ilə sərnişin daşımalarından 3 milyon 99,9 min manat gəlir (azalma 35,3%) əldə edilib.
Beləliklə, 2023-cü ilin 9 ayı ərzində dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından ümumilikdə 259 milyon 40,5 min manat gəlir (cari məzənnə ilə təxminən $152,4 milyon – İF) əldə edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 43,6% çoxdur.
2022-ci ildə dəniz nəqliyyatı ilə yükdaşımalardan 242 milyon 633,6 min manat (artım 38,2%), sərnişin daşımalarından 6 milyon 179,3 min manat gəlir (artım 2,1 dəfə) əldə edilib. Yükdaşımaların strukturunda 3 milyon 286,5 min ton neft və neft məhsullarının (artım 73,1%), 4 milyon 232,7 min ton digər yüklərin (artım 18,6%) payına düşüb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət