“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin qiymətləndirmələri nəticəsində filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb. Bu barədə QSC-dən məlumat verilib.
“Daşkəsən” yataqlar qrupuna daxil olan “Cənub-Şərq” və “Şimal-Qərb” yataqlarında aparılan geoloji kəşfiyyat işlərinin nəticəsi olaraq yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, növbəti mərhələdə Böyük Britaniyanın “Micon International” şirkəti tərəfindən “Cənub-Şərq” və “Şimal-Qərb” mədənləri üzrə açıq karxana üsulu ilə 21 illik istismar planı hazırlanıb.
“Geoloji tədqiqatlar çərçivəsində istismar müddətinin 25-30 ilə çatdırılması növbəti hədəf olaraq müəyyən edilib. Belə ki, “Cənub-Şərq” və “Şimal-Qərb” yataqlarının cinahlarında geniş geoloji kəşfiyyat işləri, daha 3 yataq – “Cənub-Qərb”, “Dəmirov” və “Dardərə” yataqlarında isə ilkin kəşfiyyat-tədqiqat işləri həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Şirkət xatırladır ki, “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində mədənlərdən hasil ediləcək qara metal filizləri qarşıdakı illərdə inşası planlaşdırılan üçmərhələli istehsal zənciri üçün xammal kimi istifadə olunacaq. Belə ki, Daşkəsən rayonunda dəmir konsentratı istehsalı üçün Zənginləşdirmə zavodu, Göygöl rayonunda isə aralıq məhsul olan pellet istehsalı və son məhsul olan HBI (isti briketləşdirilmiş dəmir/ hot briquetted iron) istehsalı zavodlarının qurulması nəzərdə tutulub.
“Bununla ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir”, - deyə məlumatda qeyd olunur.
“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”. “Cənub-Şərq” yatağında mədən işlərinə 2022-ci ildən başlanılıb.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət “Qaradağ”, “Çovdar”, “Göydağ”, “Dağkəsəmən” filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət