Azərbaycan anbar tikintisi və logistika sahələrinə investisiya cəlb etməkdə maraqlıdır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanda yaxşı investisiya mühiti yaradılıb. Biz kapital risklərinin bölüşdürülməsinə hazırıq, bunun üçün lazımi mexanizmlərimiz və digər alətlərimiz mövcuddur”, - deyə nazir bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun panel sessiyasında bildirib.
O, sənaye müəssisələrinin yaradılmasına sərmayə qoyuluşunun vacibliyini vurğulayıb.
“Bundan başqa, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb və Qərb-Şərq nəqliyyat marşrutları üzərində yerləşməsi faktını nəzərə alaraq logistika, anbar tikintisi və digər sahələrə investisiya qoyuluşu üçün yaxşı imkanlar var”, - deyə M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, öz məhsullarını Azərbaycanla yanaşı, xaricdə də satmaq istəyən şirkətlər yaxşı olardı ki, Ələt Azad İqtisadi Zonası ərazisində müəssisələrin yaradılmasına sərmayə qoysun, bu iqtisadi zonanın rezidentləri üçün müxtəlif güzəştlər nəzərdə tutulub.
“Həmçinin ölkənin sənaye parklarında müəssisələrin yaradılması üçün yaxşı şərtlər var, burada da müvəqqəti vergi və digər güzəştlər tətbiq olunur”, - deyə iqtisadiyyat naziri vurğulayıb.
M.Cabbarov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işləri özəl investisiyalar üçün böyük imkanlar açır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət