Türkiyə Qars-Naxçıvan dəmir yolunun tikintisi layihəsinin qarşıdakı 5 il ərzində həyata keçiriləcəyinə ümid edir. Bunu Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar deyib.
“Biz Qars-Naxçıvan dəmir yolunun tikintisinin qarşıdakı 5 il ərzində başa çatdırılmasını hədəfləmişik. Dəmir yolunun uzunluğu 224 km, qatarların sürəti 160 km/saat təşkil edəcək”, - deyə o, bu gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” panelində çıxışı zamanı bildirib.
Nazir müavini əlavə edib ki, bu layihənin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir, çünki Naxçıvandan keçən dəmir yolu Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrini bütün Avropa ilə birləşdirəcək.
Xəbər verildiyi kimi, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2023-cü il sentyabrın 25-də Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu imzalayıblar.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət