ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik doğum günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Doğum gününüz münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ailəsi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizin üçün bu əlamətdar gündə Zati-alinizə və doğmalarınıza möhkəm cansağlığı, səadət diləyirəm. Mən, həmçinin möhtəşəm liderliyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Sizin rəhbərliyinizlə bir çox sahələrdə mühüm nailiyyətlər əldə edib. Regionda sülhün, sabitliyin və inkişafın təşviq edilməsinə Sizin sadiqliyiniz təqdirəlayiqdir”, - təbrikdə deyilir.
“Eyni zamanda, mən ICESCO və Azərbaycan arasında inkişaf edən əməkdaşlığı da vurğulamaq istərdim. Bu əməkdaşlıq mədəniyyət sahəsində mübadilənin aparılmasına, təhsil sahəsində inkişafa və elm sahəsində əməkdaşlığa təkan verilməsində mühüm rol oynayıb. Bu əməkdaşlıq qarşılıqlı anlaşma, tolerantlıq, eləcə də sülh, sabitlik və davamlı inkişafın təşviqi prinsiplərinə birgə sadiqliyimizi nümayiş etdirir. Biz əminik ki, mövcud əməkdaşlıq Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, Azərbaycan xalqına və bütün İslam dünyasına müsbət nəticələr gətirəcək. Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, bu təşəbbüsün Sizin himayəniz altında reallaşması ICESCO üçün bir şərəf olacaqdır. Bundan başqa, Sizin xeyir-duanızla İslam dünyasının qovşağına çevrilməyi qarşısına məqsəd qoyan ICESCO-nun Bakıda tezliklə regional ofisinin rəsmi açılışı olacaqdır”, - məktubda qeyd edilir.
O, həmçinin vurğulayıb: “COP29-a ev sahibliyi edəcəyinizlə əlaqədar bildirmək istəyirik ki, biz ölkənizin rəhbərliyinin dünyada iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin formalaşdırılmasında çox mühüm rol oynayacağına inanırıq. ICESCO-nun iştirakı Azərbaycan ilə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcək”.
“Həmçinin məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, hazırda ICESCO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışır”, - təbrikdə deyilir. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət