Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ilin dövlət büdcəsini 2 milyard 590 ilyon manat və ya ÜDM-in 2,2% səviyyəsində kəsirlə təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri – 36 milyard 763 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Azərbaycanın 2024-cü il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarına bərabər götürülüb.
Gəlirlərin strukturunda gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12 milyard 781 milyon manat səviyyəsində (2023-cü ilin proqnozundan +8,9%) proqnozlaşdırılır.
Bundan başqa, 2024-cü ildə əlavə dəyər vergisi üzrə daxilolmalar 7 milyard 591 milyon manat, mənfəət vergisi üzrə daxilolmalar 5 milyard 675,6 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 895 milyon manat, aksizlər üzrə daxilolmalar 1 milyard 531 milyon manat, gömrük rüsumları üzrə daxilolmalar isə 1 milyard 475 milyon manat təşkil edəcək.
2024-cü ildə xərclərin strukturunda müdafiə və milli təhlükəsizlik xərcləri 6,4 milyard manat; təhsil xərcləri 4,5 milyard manat; sosial müdafiə və sosial təminat xərcləri 4,5 milyard manat; ümumi dövlət xidmətləri ilə bağlı xərclər 4,8 milyard manat; kənd təsərrüfatı xərcləri 1,1 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclər isə təxminən 7,9 milyard manat təşkil edəcək.
2024-cü ildə dövlət borcuna xidmətlə bağlı xərclər 1 milyard 972,6 milyon manat nəzrdə tutulur.
2024-cü il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin Qarabağ vəŞərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı layihələrin maliyyələşdirilməsi üzrə xərclər 4 milyard manat məbləğində nəzərdə tutulub.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət