Azərbaycan parlamentində təmsil olunan Qərbi Azərbaycan İcmasının nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Bakı ilə İrəvan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridır.
Çərşənbə axşamı Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcmasının nümayəndələri bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyevin Cənubi Qafqazda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər.
“İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridır. Bu, iki dövlət arasında real barışığın əldə edilməsinə və regionda birgəyaşayış mühitinin yaradılmasına yönələn önəmli addım olacaq”, - bəyanatda deyilir.
Onlar həmçinin qeyd edirlər ki, azərbaycanlılar indiki Ermənistan ərazisində əsrlər boyu yaşayıblar.
“Azərbaycanlılar indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşayıblar. Tarixi sənədlər və xəritələr orada yaşayan əhalinin əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu, həmin coğrafiyada formalaşmış toponimlərin mütləq çoxluğunun xalqımıza mənsub olduğunu sübut edir.
Təəssüf ki, 200 ilə yaxın dövrdə, xüsusən 1905–1906, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb”, - bəyanatda vurğulanır.
Həmçinin, icma nümayəndələri bildirirlər ki, Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmayıb.
“Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olub”, - bəyanatda deyilir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət