Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Xarici İşlər Nazirliyinin Fransadakı Azərbaycan səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs”elan etmək qərarını Parisin növbəti səhvi adlandırıb.
“Dünən heç bir əsas olmadan Paris tərəfindən Azəraycanın səfiri Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb. Səfirə məlumat verilib ki, Fransa Azərbaycan səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib və onlar 48 saat ərinzə ölkəni tərk etməlidirlər. Biz Parisin bu hərəkətlərini Azərbaycan–Fransa münasibətləri kontekstində Fransanın növbəti səhvi hesab edirik”, - Bayramov cümə axşamı XİN-in 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa öz qərarını bir gün öncə Azərbaycanın Fransa səfirliyinin diplomatik heyətinin iki əməkdaşı ilə bağlı qərarı ilə əsaslandırıb.
Bayramov vurğulayıb ki, Bakı Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “arzuolunmaz şəxs” elan etməzdən əvvəl Parisə müvafiq nota göndərib, fransalı diplomatların öz statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olmaları ilə bağlı müvafiq sübutlar təqdim edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət