Heydər Əliyev Beynəlxalq Aeroportunda Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (Travel Document Authorization System) həlli istifadəyə verilib ki, bu da uçuş öncəsi rəsmiləşdirmə prosesini sadələşdirəcək və sürətləndirəcək, təhlükəsizliyi gücləndirərək hava limanında növbələri azaldacaq.
“İnterfaks-Azərbaycan” agentliyi hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, “TAV Technologies” tərəfindən hazırlanan yeni sistem sərnişinlərə minik talonlarını özləri skan etməklə uçuş öncəsi təhlükəsizlik baxışına daxil olmağa imkan verir. Bundan əlavə, bu həll rahatlıq və səmərəliliyi təmin edərək rəsmiləşdirmə zonasının ötürmə qabiliyyətini artırmağa şərait yaradır.
TDAS sərnişinlərin seçimlərindən və aviaşirkətlərin siyasətindən asılı olmayaraq istər kağız, istərsə də elektron minik talonlarını dəstəkləyir.
“Biz sərnişinlərimizin maksimal komfort və təhlükəsizliyini təmin etməyə çalışırıq. Həmçinin yeni tətbiq olunan sistem ekoloji davamlılığı yaxşılaşdırmağa dəstək olaraq onlara kağız minik talonlarından istifadə etmək zərurətindən azad olmağa imkan verəcək. Bundan əlavə, TDAS həlli insan amili ilə bağlı səhvlərin baş vermə ehtimalını da aradan qaldıracaq”, - deyə hava limanının direktoru Teymur Həsənov bildirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə yeni texnologiya və innovasiyaların tətbiqini davam etdirir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət