“BP-Azerbaijan” şirkəti 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” blokunda (AÇG) dərin laylardan qaz hasilatı (deep-gas) üçün birinci hasilat quyusunun qazılmasına başlamağı planlaşdırır. Bunu BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Müəyyən məlumatın əldə edilməsi və “deep-gas” ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi üçün 2023-cü ilin əvvəlində “A22z” quyusunun qazılmasına başlanılıb və qazma işləri apreldə başa çatıb. Hazırda əldə edilmiş məlumatların interpretasiyası davam edir, həmçinin SOCAR və Azərbaycanın dövlət qurumları ilə “deep-gas” hasilatı, texniki və kommersiya şərtləri (bu layihənin – İF) ilə bağlı müzakirələr aparılır. 2024-cü ildə dərin laylardan qaz hasilatı üçün ilk hasilat quyusunun qazılmasına başlanılacağını gözləyirik”, - deyə B.Aslanbəyli ARB telekanalına müsahibəsində bildirilib.
O əlavə edib ki, “deep-gas” hasilat quyusunun qazılmasına “Qərbi Çıraq” platformasından başlanılacaq.
Daha əvvəl Prezident İlham Əliyev AÇG blokunda dərin laylardan qaz hasilatına 2024-cü ilin sonuna qədər başlanılacağını bildirmişdi.
Hazırda AÇG-də “deep-gas” ehtiyatları 300 milyard kubmetr həcmndə proqnozlaşdırılır.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Hazırda Azərbaycanda ən iri neft yatağı olan AÇG ölkə üzrə neft hasilatının 60%-dən çoxunu təmin edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət