“Şahdəniz” yatağında qaz hasilatı pik səviyyəyə yaxındır. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“2023-cü ildə “Şahdəniz” yatağında qaz hasilatı göstəriciləri ötən illə müqayisədə artıb. Biz bu ilin sonuna qədər hasilatın pik səviyyəyə çataraq 26 milyard kubmetr təşkil edəcəyini proqnozlaşdırırıq. Yaxın illərdə “Şahdəniz”də qaz hasilatı göstəriciləri də pik səviyyədə qalacaq, çünki rezervuar kifayət qədər məhsuldardır”, - deyə B.Aslanbəyli ARB telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, “Şahdəniz” qazının hasilat göstəriciləri artsa da, onun satışından əldə olunan gəlir ötən illə müqayisədə azdır.
“Bu, ötən il qazın qiymətinin fantastik dərəcədə yüksək olması ilə əlaqədardır. Neft-qaz sektoru tarixində bu cür artım heç vaxt olmayıb. Bir sıra ekspertlər hətta qiymətlərin bir daha bu səviyyəyə yüksəlməyəcəyini proqnozlaşdırırlar. (…). İndi qiymətlər daha məntiqli, normal səviyyəyə qayıdıb”, - deyə vitse-prezident qeyd edib.
O, həmçinin xatırladıb ki, 2023-cü ilin yanvar ayında şirkət “Şahdəniz” yatağının daha dərin laylarına qədər SDX-8 kəşfiyyat quyusunun qazılmasına başlayıb.
“Qazma işləri hələ davam edir və ümid edirik ki, əldə edilən nəticələr yatağın daha səmərəli işlənməsinə və hasilata imkan verəcək”, - deyə B.Aslanbəyli bildirib.
Xəbər verildiyi kimi, SDX-8 quyusu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Quyunun ümumi dərinliyinin təxminən 7 min metr olacağı nəzərdə tutulur. Qazma işləri bir ilə yaxın vaxt aparacaq.
“Uğurlu olacağı təqdirdə bu quyu yatağın şərq cinahında hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
“BP-Azerbaijan” şirkəti 2023-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 20 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 11% çoxdur.
2022-ci ildə “Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci ilin göstəricisi ilə müqayisədə +11,5%) və 4,4 milyon ton kondensat (+4,8%) hasil edilib.
2022-ci ildə 20 milyard 803,7 milyon kubmetr “Şahdəniz” qazı (+ 18,1%) ixrac edilib.
2024-cü ildə “Şahdəniz” yatağından qaz hasilatı 26,1 milyard kubmetr həcmində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin sonuna gözlənilən göstəricidən 3,2% çoxdur.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət