Norveçin “Equinor” şirkətinin Azərbaycandakı aktivlərinin SOCAR şirkətinə satılmasına dair sövdələşmənin dəyəri $600-700 milyon təşkil edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə məlumat verib.
“Bu yaxınlarda SOCAR tərəfindən “Equinor” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlar bloku (AÇG), “Qarabağ” yatağı və Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) layihələrindəki payının alınmasına dair sövdələşmənin dəyəri $600-700 milyon civarında ola bilər”, - deyə mənbə qeyd edir.
Onun sözlərinə görə, bu qiymətləndirmə son 5 ildə AÇG blokunda ümumi neft hasilatı (110 milyon ton və ya 820 milyon barel – İF) çıxılmaqla və neftin orta qiyməti $60-dan hesablanmaqla 2019-cu ildə Macarıstanın “MOL” şirkətinin Amerikanın “Chevron” şirkətinin AÇG (9,57%) və BTC (8,9%) layihələrindəki payını əldə etdiyi $1,57 milyardlıq dəyərin müqayisəsi əsasında aparılıb.
Mənbə xatırladıb ki, 2017-ci ilin sentyabr ayında AÇG üzrə məhsulun pay bölgüsü haqqında yeni saziş imzalanarkən “bp” şirkəti (layihənin operatoru – İF) 2049-cu ilin sonunadək blokda çıxarıla bilən neft ehtiyatlarını 3 milyard barel həcmində qiymətləndirib.
“Neft ehtiyatlarının Qərb təsnifatına görə, bu 2Р (Proven+Probable) qiymətləndirməsinə həm sübut edilmiş (yüksək hasilat ehtimallı), həm də mümkün (orta hasilat ehtimallı) ehtiyatların daxil olduğunu, eləcə də “Qarabağ” layihəsi üzrə investisiya qərarının hələ qəbul edilmədiyini nəzərə alaraq, SOCAR və “Equinor” arasında sövdələşmənin dəyəri $600-700 milyon təşkil edə bilər”, – deyə mənbə vurğulayıb.
22 dekabr 2023-cü il tarixində Bakıda SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli”, “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan layihələri üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
İştirak paylarının alqı-satqısına qədər “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub.
SOCAR-ın iştirak payı AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Equinor” beynəlxalq neft və qaz biznesini yenidən təşkil etmək prosesindədir və Azərbaycandakı aktivlərin satışı bizim beynəlxalq portfelimizi cəmləşdirmək strategiyamıza uyğundur”, - deyə Norveç şirkətinin məlumatında bildirilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət