Azərbaycana idxal edilən bəzi məhsullar daha 2 il müddətinə - 31 dekabr 2025-ci ilədək gömrük rüsumundan azad edilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, aşağıdakı malların ölkəyə idxalı 31 dekabr 2025-ci ilədək gömrük rüsumundan azad edilir: cins inəklər; cins mal-qara; çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin yumurtlayan növləri; ev quşlarının təzə, soyudulmuş və ya dondurulmuş əti və ət əlavələri; kərə yağı, əridilmiş yağ; təzə və ya soyudulmuş pomidor; süfrə üzümü (təzə); qarğıdalı nişastası; sair alkoqolsuz içkilər; tərkibində hər hansı nisbətdə tütün əvəzediciləri olan və ya olmayan çəkməli tütün; iribuynuzlu mal-qaranın və ya atlar fəsiləsi heyvanlarının xam dəriləri və gönləri və s.
Bundan başqa, ölkəyə idxal olunan əkin üçün toxumlar, meyvələr və sporlar; mayalar (aktiv və ya qeyri-aktiv); ətdən və ya ət əlavələrindən qida üçün yararlı olan qaba və narın üyüdülmüş un; heyvanların yemində istifadə edilən məhsullar 31 dekabr 2026-cı ilədək gömrük rüsumundan azad edilir (hazırda qüvvədə olan güzəştlərin müddəti 31 dekabr 2023-cü ildə başa çatır – İF).
Nazirlər Kabinetinin qərarına əsasən, idxal edilən sement klinkeri, sair portlandsement, alüminat (giltorpaq) sementi və hidravlik sementin gömrük rüsumundan azad edilmə müddəti 31 dekabr 2030-cu ilədək uzadılır.
Bununla yanaşı, ölkəyə idxal edilən bir sıra məhsullara tətbiq edilən güzəştlər ləğv edilir. Baş soğan, şalot soğanı, sarımsaq, kəvər və sair soğanaqlı tərəvəzlər 15% gömrük rüsumuna cəlb ediləcək (2023-cü il mayın 1-dək rüsum tutulmurdu).
Eyni zamanda, qabıqlı meşə fındığı, təzə xurma, gips, boyayıcı maddələr; kirəmit; plitələr; kərpic və sementdən, betondan və ya süni daşdan oxşar məmulatlara 15% gömrük rüsumu tətbiq olunacaq.
Bentonitə tətbiq edilən gömrük rüsumu isə 5% olacaq.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət