ABŞ-ın dövlət borcunun həcmi $34 trilyon dolları keçib, bu da rekord göstəricidir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, çərşənbə axşamına olan vəziyyətə görə, onun həcmi $34,001 trilyon dollara çatıb.
ABŞ mediası yazır ki, dövlət borcu bu səviyyəyə pandemiyadan öncə proqnozlaşdırılandan bir neçə il əvvəl qalxıb.
2020-ci ildə başlayan pandemiya ölkənin iqtisadi inkişafının yavaşlamasına səbəb oldu. Hökumət iqtisadiyyatı sabitləşdirmək və onun bərpasını dəstəkləmək üçün o vaxtkı prezident Donald Tramp və hazırki Co Baydenin dövründə böyük kreditlər cəlb edib. Lakin bu inflyasiyanın artmasına səbəb oldu, bu da faiz dərəcələrinin yüksəlməsinə gətirdi və borclara xidməti daha bahalı etdi. Bu barədə AP agentliyi qeyd edir.
«İndiyə qədər Vaşinqton pulu sanki hüdudsuz resursları olduğu kimi xərcləyirdi», - Loyola Merimaunt Universitetinin iqtisadiyyat üzrə professoru Sun Von Song bildirib.
ABŞ-da borc adambaşına təxminən $100 min təşkil edir.
ABC News yazır ki, görünür böyük dövlət borcu Amerika iqtisadiyyatına hələ təzyiq göstərmir, lakin onun yaxın onilliklərdə davam edən artımı milli təhlükəsizliyi və sosial təminat və tibbi yardım kimi mühün xərclər maddələrini təhlükə altına sala bilər.
Çin, Yaponiya, Cənubi Koreya və Avropa ölkələri kimi ABŞ dövlət istiqrazlarının iri xarici alıcıları artıq onlara qoyuluşlarını azaldıblar. Peterson Fondunun məlumatına görə, əcnəbilərin ABŞ dövlət bondlarına qoyduğu investisiyalar 2011-ci ildə 49% pik həddə çatıb, 2022-ci ilin sonunda isə 30%-ə enib.
«Əgər gələcəyə nəzər yetirsək, borc sürətlə artmağa davam edəcək, çünki Maliyyə Nazirliyi martın sonuna qədər daha təxminən $1 trilyon götürməyi planlaşdırır», - Fondun baş icraçı direktoru Maykl Peterson bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət