Türkiyə Zəngəzur dəhlizinin yaradılması layihəsinin 2029-cu ilə qədər reallaşdırılmasına ümid edir. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziriƏbdülkadir Uraloğlu bəyan edib.
"Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumiyyətlə, bu dəhlizin yaradılması prosesi beş il çəkəcək. Yəni düşünürəm ki, 2028-ci ildə biz bütün işlərimizi tamamilə başa çatdıracağıq", - Uraloğlu Türkiyənin “tvnet” kanalına müsahibəsində bildirib.
Nazir əlavə edib ki, Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, Horadizdən Ordubada qədər (Naxçıvan Muxtar Respublikası, NMR) sahədə tikinti işləri davam etdirilir.
"Təxminən 100 km uzunluğunda NMR-nı Türkiyə ilə birləşdirən mövcud yolun yenidən qurulması tələb olunacaq. Onun davamı artıq tender prosedurlarının həyata keçirildiyi İqdır-Qars dəmir yolu olacaq, çəkilməyinə bu il başlayırıq", - Uraloğlu bəyan edib.
Nazir İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə toxunaraq vurğulayıb ki, belə bir təşəbbüs ilk dəfə irəli sürüləndə Ermənistan tərəfi bu layihədən onun üçün faydaları barədə danışılsa belə mənfi reaksiya verib.
"Lakin son vaxtlar Paşinyan (Ermənistanın baş naziri - İF) tərəfindən bu dəhlizlə bağlı müsbət messajlar səslənirdi. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin uzunluğu təxminən 43 km-dir. Onların planlaşdırma və tenderlər keçirmələri lazımdır ki, dəhliz bütövlükdə tamamlanmış sayılsın. Bununla da Türkiyə Türk dünyası, Mərkəzi Asiya ölkələrinə birbaşa və daha sadə çıxış yolu əldə edəcək", - o deyib.
O, həmçinin qeyd edib ki, İran öz tərəfindən Azərbaycanı öz ərazisi vasitəsilə (Ermənistanı ötüb keçərək - İF) NMR və Türkiyəyə birləşdirəcək yolun inşası təşəbbüsünü irəli sürüb.
"Biz Zəngəzur dəhlizi layihəsini həyata keçirəcəyik, lakin İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycan arasında bu əlaqənin bir hissəsi olmasına etiraz etmirik. İran tərəfi ilə danışıqlar və görüşlər davam edir. Ümid edirik ki, bu layihə də vaxtında həyata keçiriləcək ", - o bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət