Azərbaycan hökuməti 2040-cı ilədək Abşeron yarımadasında bərpa olunan enerji sahəsində 4 elektrik stansiyasının inşası üzrə layihələr həyata keçirməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il dekabrın 30-da təsdiq etdiyi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb.
Baş plana əsasən, 2040-cı ilə qədər Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində ümumi ərazisi 2650 ha, qoyuluş gücü 1200 MVt olan bir külək və üç günəş elektrik stansiyasının inşası təklif olunur. Günəş elektrik stansiyalarının gücü müvafiq olaraq 400, 200 və 100 MVt, külək elektrik stansiyasının gücü isə 500 MVt təşkil edəcək.
Bu ərazilərdə perspektivdə (hesabat müddətindən sonrakı dövrdə) bərpa olunan enerji təsərrüfatlarının inkişafı üçün 3313 ha əlavə ərazi nəzərdə tutulub.
Baş plan layihəsində çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 ha ərazi ilə bağlı mərhələli “Regenerasiya Çərçivəsi” nəzərdə tutulur.
Regenerasiya çərçivəsinə həyata keçirilməsi planlaşdırılan “Böyükşor gölü üzərində üzən günəş elektrik stansiyası (300 kVt)” layihəsi, həmçinin Qırməki Təbii Geoloji Parkı (202 ha) daxil edilib. Bu parkda günəş və külək enerjisi istehsalı və karbon-neytral sistemin layihələndirilməsi mümkün olacaq.
Baş plana əsasən, 2040-cı ilədək bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə təxminən 4,3 milyard manat məbləğində vəsait (cari məzənnə ilə $2,5 milyard) yönəldiləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət