Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, martın əvvəlində Bakıda Cənub Qaz Dəhlizinin (CQD) növbəti Məşvərət Şurası keçiriləcək.
Bu barədə Əliyev çərşənbə günü Azəraycan telekanallarına müahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan qaz tədarükü və “yaşıl” enerji tədarükünün təşkili məsələlərində Aİ ilə fəal əməkdaşlıq edib.
“Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə (2023-cü ildə - İF) yaxındır. Halbuki bu, bizim ixracımızın yarısıdır. Amma ölkələrin (Azərbaycan qazı alan - İF) əhatəsi məhz o ifadəni tamamilə haqlı edir, yəni, Panavropa təchizatçısı”, - dövlət başçısı bildirib.
Prezident bunu böyük nailiyyət hesab edir. “Bu, bizə böyük dividendlər gətirir, həm iqtisadi, həm də təbii ki, siyasi”, - o əlavə edib.
Onun rəyinə görə, gələcəkdə Azərbaycandan Avropaya «yaşıl” enerjini ixrac etməklə ölkəmizin önəmi daha da artacaq. “Avropa Komissiyasında, əlbəttə ki, bunu yaxşı başa düşürlər“, - prezident deyib.
Əliyev vurğulayıb ki, əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur və sentyabr hadisələrindən sonra hətta bəziləri bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. «Belə açıqlamalar, əlbəttə ki, bizim əməkdaşlığımızı gücləndirmir. Düzdür, bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var. Amma onu bəri başdan bildirməliyəm ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər (qaz alışına dair - İF) 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar. Ona görə belə cəfəng açıqlamalar verən məsul şəxslər daha diqqətli olmalıdırlar”, - Əliyev bildirib.
Prezident əlavə edi ki, Azərbaycan qaz ixracından neft ixracı ilə müqayisədə qat-qat az gəlir əldə edir. “Prinsip etibarilə əgər fərz etsək ki, bu gün bizim qaz ixracımız yoxdur, adi vətəndaş bunu heç vaxt hiss etməyəcək. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir”, - Əliyev vurğulayıb.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Azərbaycan qazına tələbatın artması ilə əlaqədar Avropaya ən azı 20 milyard kubmetr qazın ixrac edilməsi (2027-ci ilədək – İF) üçün TANAP və TAP qaz kəmərlərinin gücünün artırılması hesabına CQD-nin genişləndirilməsi planlaşdırılır.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Hazırda Azərbaycanın 6 Avropa ölkəsinə qaz tədürükü ilə bağlı müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya. Həmçinin, Azərbayandan qaz almaq istəyən daha bir qrup ölkələr var. **
R.Əhmədov, B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət