Energetika naziri Pərviz Şahbazov yanvarın 12-də Dünya Bankının (DB) təcrübə meneceri Stefani Gillə görüşüb.
“Görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda tərəfdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanda 2027-ci ilədək 2 QVt-dək bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi, həmçinin növbəti mərhələdə dənizdə külək enerjisindən istifadə ilə bağlı dəstəyin göstərilməsi üzrə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və növbəti addımlar nəzərdən keçirilib”, - deyə Energetika Nazirliyindən bildirilib.
P.Şahbazov şəbəkənin gücləndirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq Dünya Bankının bu istiqamətdə dəstəyinin əhəmiyyətini qeyd edib. Bundan başqa, “Xəzər-Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) İtaliyanın “CESİ” şirkətinin həyata keçirdiyi barədə məlumat verilərək, Dünya Bankının fəaliyyətinin Qara dəniz sualtı kabel layihəsindən bütövlükdə dörd ölkəni birləşdirən dəhlizədək genişləndirilməsinin zəruriliyindən bəhs edilib.
Söhbət zamanı hidrogen, geotermal enerji, hərracların keçirilməsi, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması, həmçinin “Elektroenergetika haqqında” yeni qanunun tətbiqindən irəli gələn məsələlərdə də bankla əməkdaşlıq dəyərləndirilib.
Dünya Bankının təcrübə meneceri Stefani Gil Azərbaycanın bərpa olunan enerji potensialından geniş istifadəni və “Yaşıl Enerji Dəhlizi”nin yaradılmasını hədəfləyən siyasətindən məmnunluğunu ifadə edib. O, ölkəmizdə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, enerji səmərəliliyi ilə yanaşı, “yaşıl enerji” kursunun digər komponentlərinin inkişafına Dünya Bankının dəstəyini diqqətə çatdırıb.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. 2023-cü ilin iyun ayında Bolqarıstan “Black Sea Energy” layihəsi üzrə sazişə qoşulmağa razılıq verib. Bundan başqa, Serbiya da layihədə iştirak etməkdə maraqlı olduğunu bildirib.
Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Kabel 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası kabelin çəkilməsinə 2,3 milyard avro ayırmağı planlaşdırır. Bu, dünyada ən uzun kabel olacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət