2024-cü il yanvar ayının 1-dən “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın tətbiqinə başlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
“İki ölkə arasında saziş 2022-ci il dekabrın 27-də imzalanıb. 2023-cü ilin avqust ayında ölkələr sənədin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurları tamamlayıb. Konvensiyanın tətbiqinə 1 yanvar 2024-cü il tarixindən başlanılıb”, - deyə məlumatda bildirilir.
2024-cü ilə qədər ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması məsələsi SSRİ ilə Yaponiya arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya əsasında tənzimlənirdi.
Hazırda Azərbaycan 50-dən çox ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanı tətbiq edir. Eyni zamanda, bir sıra ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalanıb və bu sənədlərin qüvvəyə minmə tarixi razılaşdırılır. Hazırda bir neçə ölkə ilə analoji sənədin imzalanmasına dair danışıqlar aparılır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət