Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına müəssisədə yaradılan şərait və istehsal olunan məhsullar barədə məlumat verib.
Bildirilib ki, ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit ayırıb.
İllik istehsal gücü natura ifadəsində 2000-2500 ton (hazırda 1500-1800 ton istehsal edilir) olan müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir.
Burada quraşdırılan avadanlıq Braziliya, Türkiyə, Çin və Rusiya istehsalıdır. Müəssisədə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur.
Hazırda müəssisədə 120 nəfər çalışır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət