Çərşənbə günü Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq və keçirilməsi prosesini müşahidəsinə başlayıb. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanın dəvəti ilə MDB müşahidəçilər missiyası 17 yanvar 2024-cü ildə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq və keçirilməsi prosesini müşahidəsinə başlayıb”, - press-relizdə deyilir.
Qeyd olunur ki, missiyanın açılışı çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Görüş zamanı seçkilərə hazırlıq və missiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.
Anfimov qeyd edib ki, MDB İcraiyyə Komitəsi və Azərbaycan MSK arasında çox sıx və səmərəli münasibətlər qurulub.
«Biz seçkilərin və referendumların müşahidəsini təşkil etmək üçün artıq on birinci dəfə ölkənizə gəlirik və hər dəfə seçki kampaniyalarının keçirilməsində yüksək mütəşəkkilliyi, seçkilərin hazırlanması üzrə Mərkəzi Seçki Komissiyasının apardığı böyük işi qeyd edirik», - MDB baş katibinin birinci müavini bildirib.
O deyib ki, bu gündən etibarən Bakıda missiyanın qərargahı işə başlayıb, onun vəzifəsi seçki ərəfəsində və seçki günü müşahidəçilərin iş qaydasını müəyyənləşdirmək, onları ölkənin regionları üzrə bölməkdən ibarətdir. Qərargahın vəzifələrinə seçki qanunvericiliyinin hüquqi qiymətləndirilməsinin hazırlanması, kütləvi informasiya vasitələrinin monitorinqinin aparılması, missiyanın fəaliyyətinin təmin edilməsi üzrə təşkilati-texniki məsələlərin həlli də daxildir.
Anfimov MDB baş katibi Sergey Lebedevin missiyaya rəhbərlik etdiyini xatırlatdı və məlumat verdi ki, onun tərkibinə MDB dövlətlərinin, Birliyə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya İttifaqı Parlament Məclisinin, MDB İcraiyyə Komitəsinin nümayəndələri daxil olacaq.
"Missiya öz mandatı çərçivəsində seçkilərin monitorinqini müstəqil olaraq, ölkə qanunlarına riayət edərək həyata keçirəcək. Biz hesab edirik ki, seçkilər dövlətin daxili işidir, missiyanın vəzifəsi isə azad və demokratik seçkilərin keçirilməsinə kömək etməkdir", - Anfimov qeyd edib.
Öz növbəsində, Pənahov MDB müşahidəçilərinə Azərbaycan seçki orqanları tərəfindən seçkilərin hazırlanması ilə bağlı görülən tədbirlər, xüsusilə prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyata alınması ilə bağlı ətraflı məlumat verib.
Prezident İlham Əliyev 2023-cü il dekabrın 7-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət