Almaniya 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,1% - təxminən 2,4 min ədədə qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsinə (Destatis) istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 43% - 118,6 milyon avroya qədər artıb.
Yanvar-noyabr aylarında Almaniyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan təxminən 550 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (artım 2,7 dəfə) gətirilib. Tədarükün dəyəri təxminən 29,8 milyon avro (artım 3,2 dəfə) olub.
Hesabat dövründə Almaniyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 2500 kubsantimetrə qədər olan dizel mühərrikli köhnə nəqliyyat vasitələrinin ixracı illik müqayisədə 28,9% - təxminən 290 ədədə qədər, tədarükün dəyəri isə 38,6% - təxminən 3,6 milyon avroya qədər azalıb.
Yanvar-noyabr aylarında Almaniyadan Azərbaycana enerji mənbəyinə qoşula bilən benzin və elektrik mühərrikli köhnə hibrid avtomobillərin ixracı 61,8% - təxminən 210 ədədə qədər artıb. Bu nəqliyyat vasitələrinin tədarük dəyəri 51,8% artaraq təqribən 10,6 milyon avro təşkil edib.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə Almaniya Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını 2021-ci illə müqayisədə 16,4% - 2,4 min ədədə qədər artırıb. Hesabat dövründə tədarükün dəyəri 2,3 dəfə - təxminən 95,1 milyon avroya qədər artıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət