Macarıstanın baş naziri Viktor Orban ölkədə miqrantların qəbuluna kəskin qarşı çıxıb.
«Macarıstan pula görə miqrantların onun ərazisinə girməsinə imkan verməyəcək», - Serbiyanın “Politika” nəşri onun sözlərindən sitat gətirib.
Orban qeyd edib ki, Macarıstan Aİ-nin bir sıra digər ölkələrində baş verdiyi bu cür hadisələrin inkişafına yol verməyəcək. Bununla yanaşı, o, miqrasiyanın terror təhdidləri, cinayətkarlıq və paralel adlanan cəmiyyətlərin yaranması ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, Aİ miqrasiya problemi ilə bağlı Macarıstanı «şantaj» edə bilməz, çünki bu problem puldan daha vacibdir.
Dekabrın sonunda Budapeşt miqrasiya sisteminin islahatı və Aİ-də sığınacaq verilməsi ilə bağlı sazişə qəti şəkildə qarşı çıxıb.
"Biz bununla qeyd olunan miqrasiya paktını ən qəti şəkildə rədd edirik. Biz heç kəsi öz istəyimizə qarşı buraxmayacağıq. Brüsseldən və ya başqa bir yerdən kimsə bizə kimləri buraxa biləcəyimizi söyləyə bilməz", - Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət